Sumqayıt şəhərində avtomobilin hasara çırpılması nəticəsində xəsarət alanlar var.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bulvar küçəsində baş verib.
İdarəetmədən çıxan "Hyundai Getz" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

