Dağıstan gömrükçüləri və Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları respublikaya 122 kiloqram marixuananın gətirilməsinin qarşısını alıblar.
Lent.az xəbər verir ki, narkotik maddə Rusiyaya Azərbaycan üzərindən tranzitlə daxil olan yük avtomobilində aşkar edilib.
Furada olan mallara baxış zamanı bitki mənşəli maddə ilə doldurulmuş 122 ədəd şəffaf polietilen torba aşkar edilib.
Ekspertiza bunun marixuana olduğunu müəyyən edib. Müsadirə olunan partiyanın qara bazardakı təxmini dəyəri 200 milyon rublu (təxminən 4 milyon 443 min manat) ötür.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi — “xüsusilə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı” maddəsi üzrə cinayət işi başlanılıb.
Hadisələr gömrükdən keçmək narkotiklər
