IMG-LOGO

"Neftçi"nin futbolçusunun ayağına yeddi tikiş qoyulub

05 Feb 2026 10:59 2 baxış
IMG

"Neftçi"nin futbolçusu Freddi Varqasın ayağına yeddi tikiş qoyulub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.

Klub rəsmisi Misli Premyer Liqasının XVIII turunda, "Araz-Naxçıvan"la oyunda zədələnən venesuelalı yarımmüdafiəçinin durumuna aydınlıq gətirib:

"Zərbə nəticəsində Freddi Varqasın ayağında dəri qatı cırıdlığına görə 7 tikiş qoyulub. Bu həftə fərdi məşqlərə başlayacaq. Növbəti həftədən isə komanda ilə birgə məşqlərdə iştirak edəcək. Varqas sarı vərəqə limitini doldurduğu üçün növbəti turun oyununu buraxacaq".

Qeyd edək ki, "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla məğlub edib. Bakı klub XIX turda "Qəbələ"ni qəbul edəcək.

Xəbər lenti