IMG-LOGO

Mingəçevirdə ana və 3 övladı qazdan zəhərləndi

05 Feb 2026 09:25 3 baxış
IMG
0 0

Mingəçevirdə ana və övladları dəm qazından zəhərləniblər.

Lentr.az-ın məlumatına görə, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.

38 yaşlı Nübar Yusifova, övladları - 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisələr

Xəbər lenti