Bakıda avtomobilin qadını vurub öldürməsi ilə bağlı detallar məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
Quliyev Sərxan Əliağa oğlu idarə etdiyi “Mercedes Benz C 200” markalı avtomobillə magistral yolda hərəkətdə olarkən piyada Talıbova Nəzakət Qasım qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
*** 4 fevral, saat: 14:28
Bakıda avtomobil qadını vurub.
Lent.az xəbər verir ki, hadisə səhər saat 7 radələrində Sabunçu rayonu, Kürdəxanı yolunda qeydə alınıb.
Avtomobil 61 yaşlı Talıbova Nəzakət Qasım qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Araşdırma aparılır.
Hadisələr