IMG-LOGO

Samuxda 16 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb, saxlanılan var

05 Feb 2026 08:40 3 baxış
IMG

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Heydər Quliyev saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, həmin şəxsdən ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, H. Quliyev narkotikləri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti