"Sumqayıt" və "Zirə" komandalarının ifasında bərabər səviyyəli oyun alınıb.
"Report" xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunda 1/4 final mərhələsinin "Zirə" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, bərabərə bitən qarşılaşmanı şərh edib:
"Artıq bu mərhələdən etibarən kubok matçları iki oyundan ibarətdir. Düşünürəm ki, ilk qarşılaşmada hər iki komandanın ifasında bərabər səviyyəli oyuna şahid olduq. Yekun nəticədə matç bərabərliklə yekunlaşdı. Bir neçə qol şansımız olsa da, onlardan yararlana bilmədik".
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyununda hesab açılmayıb.