IMG-LOGO

"Atletiko" klubu ukraynalı futbolçu ilə maraqlanır

04 Feb 2026 17:42 2 baxış
IMG

İspaniyanın "Atletiko" klubu "Everton"da (İngiltərə) çıxış edən Vitali Mikolenko ilə maraqlanır.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

La Liqa komandası ukraynalı oyunçu ilə bağlı vəziyyəti yaxından izləyir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti yayda bitəcək.

Qeyd edək ki, Vitali Mikolenko cari mövsümdə Premyer Liqada 20 matçda meydanda olub.

Xəbər lenti