IMG-LOGO

Azərbaycanın qadınlardan ibarət U-19 millisi Özbəkistanı məğlub edib

04 Feb 2026 16:34 2 baxış
IMG

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda qələbə qazanıb.

"Report" xəbər verir ki, komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığmasını 3:2 hesabı ilə məğlub edib.

U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.

Xəbər lenti