IMG-LOGO

"Arsenal" Almaniya klubunun futbolçusunu heyətinə qatmaq istəyir

04 Feb 2026 15:35 2 baxış
IMG

Almaniyanın "Bavariya" klubunun yarınmmüdafiəçisi Leon Qoretska karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Report" "Bayern Insider"ə istinadən xəbər verir ki, "Arsenal" təcrübəli oyunçunu heyətinə qatmaqda maraqlıdır.

"Bavariya" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 31 yaşlı futbolçu Münhen təmsilçisindən ayrılmaq qərarı verib. Bu səbəbdən o, yeni klubuna azad agent statusu ilə, yəni tamamilə ödənişsiz keçmək imkanına malikdir.

Qoretska özü də karyerasını "Arsenal"da davam etdirməyin əleyhinə deyil.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə "Bavariya"nın heyətində 28 matça çıxıb və bir qol vurub. Onun hazırkı dəyəri 15 milyon avrodur.

Xəbər lenti