Layihəsi 2026-cı ilin martında hazır olacaq Ermənistanın yeni konstitusiyası idarəetmə formasının dəyişdirilməsini nəzərdə tutmur.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Srbui Qalyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkə parlamentli respublika olaraq qalacaq: "İdarəetmə formasını dəyişdirməmək barədə qərar qəbul edilib, yəni biz parlament idarəetmə formasına malik ölkə kimi qalmağa davam edəcəyik".