IMG-LOGO

"Mançester Yunayted"in futbolçusu karyerasını ABŞ-də davam etdirə bilər

04 Feb 2026 14:51 3 baxış
IMG

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kazemiro karyerasını ABŞ-də davam etdirə bilər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "Los-Anceles Qelaksi" 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. O, artıq komandadan ayrılacağını təsdiqləyib.

Qeyd edək ki, Kazemiro 2022-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Xəbər lenti