IMG-LOGO

İlham Əliyevlə Nikol Paşinyan sülh və sabitliyin möhkəmləndirilməsi üçün hazır olduqlarını təsdiqləyiblər

04 Feb 2026 12:12 5 baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

"Report"un Əbu-Dabiyə ezam olunan müxbirinin məlumatına görə, liderlər TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Xəbər lenti