IMG-LOGO

"Araz-Naxçıvan" sabiq oyunçusunu yenidən heyətinə qatıb

04 Feb 2026 09:13 3 baxış
IMG

"Araz-Naxçıvan" futzal klubu sabiq oyunçusu Amirhossein Rasoulini yenidən heyətinə qatıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

İranlı futzalçı ötən il də Naxçıvan təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 25 xalla Azərbaycan Yüksək Liqasının turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti