IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: Beşbarmaq Gorus rayonu ərazisində qışlaq adıdır

04 Feb 2026 02:43 2 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Zəngəzurun tarixə söykənən Beşbarmaq qışlağı" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı toponimi və Bəybuğan oronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda coğrafi adların mənasının, mənşəyinin və yayılma arealınının itirilməsi, oğuz türklərinə məxsus tarixi məkanların xaraba qoyulması, bir sözlə, tarixin saxtalaşdırılması ermənilərin bizə yaşatdığı danılmaz gerçəklikdir.

Beşbarmaq - Zəngəzur mahalının Gorus rayonu ərazisində qışlaq adıdır. 1930-cu ildə ləğv edilib.

Bəbirli - Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonda kənd adıdır. Burada 1860-cı illərədək yalnız azərbaycanlılar yaşayıb. Ermənilər bura 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-1920-cı illərdə Muş və Bulanis vilayətindən köçürülüblər. 1947-ci ildə adı dəyişdirilib Bartsraşen qoyulub.

Bəbirli yeri - Zəngəzur mahalının Gorus rayonunda yurd yeridir.

Bəzirxana - Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonda kənd adıdır. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulub.

Bəybalı - Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. XIX əsrin əvəllərində ləğv edilib və xaraba kəndə çevrilib.

Bəybuğan - Zəngəzur mahalının Meğri rayonu ərazisində dağ adıdır. Bu oronimin adı dəyişdirilib Bağaysar qoyulub.

Sonda vurğulanır ki, 19-cu və 20-ci əsrlərdən başlayaraq havadarları tərəfindən ordan-burdan məqsədli şəkildə gətirilərək yerləşdirilən ermənilər əzəli oğuz yurdlarından azərbaycanlıları didərgin salıblar: "Bu gün Qərbi Azərbaycan ərazisində yerləşən tarixi mahal və rayonlarında bir nəfər də olsun oğuz türkü qalmayıb, onların izi belə silinib. Təbii ki, biz bu həqiqətləri, eləcə də toponimlərimizi, doğma yurd yerlərimizi unutmuruq və tarixi torpaqlarımıza qayıdış üçün ədalətli mübarizəmizi davam etdiririk".

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: Beşbarmaq Gorus rayonu ərazisində qışlaq adıdır

Xəbər lenti