İtaliya təmsilçisi "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviç klubun düşərgəsinə qayıdıb.
"Report" xəbər verir ki, 26 yaşlı futbolçu ötən ilin dekabr ayında Londonda sol ayaq əzələsindən əməliyyat olunmuşdu.
O, yanvar ayı ərzində bərpa prosesini Serbiyanın paytaxtı Belqradda keçirib və burada şəxsi fizioterapevtlə məşqlər edib.
Vlahoviçin mart ayına qədər yaşıl meydanlara dönməsi gözlənilmir.
Qeyd edək ki, serbiyalı forvard cari mövsüm "Yuventus"un heyətində bütün turnirlər daxil olmaqla 17 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.