IMG-LOGO

"Gənclər paytaxtı"nın simvolik açarı Sumqayıtdan Goranboya təhvil verilib

03 Feb 2026 18:30 3 baxış
IMG

"Gənclər paytaxtı"nın simvolik açarı Sumqayıtdan Goranboya təhvil verilib.

"Report"un Goranboya ezam edilmiş əməkdaşı xəbər verir ki, simvolik açarı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov gənclər və idman naziri Fərid Qayıbova təqdim edib.

Nazir isə öz növbəsində açarı Goranboy Rayon İcra Hakimiyyətinin başçısına təqdim edib.

Bununla yanaşı, "Goranboy 2026 - Gənclər paytaxtı"nın loqo və maskotunun təqdimatı da baş tutub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanın "Gənclər paytaxtı" Sumqayıt şəhəri idi. Goranboy isə 2026-cı il üçün Azərbaycanın "Gənclər paytaxtı" seçilib.

Xəbər lenti