IMG-LOGO

ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Qırğızıstan və Özbəkistana səfər edəcək

03 Feb 2026 18:57 3 baxış
IMG

ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qor fevralın 3-7-si Qırğızıstan və Özbəkistana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Bişkekdə olan zaman Qor B5+1 biznes forumunda iştirak edəcək və orada Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan (ümumilikdə - C5 ölkələri), eləcə də ABŞ-dən olan biznes rəhbərləri və yüksək səviyyəli siyasətçilərlə görüşəcək", - məlumatda bildirilib.

Qeyd olunub ki, müzakirələr zamanı Qor ABŞ və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın təşviqində biznes cəmiyyətinin əsas rolunu vurğulayacaq.

Bişkek və Daşkənddə xüsusi elçi həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə etmək üçün yüksək səviyyəli rəsmilərlə görüşəcək. ABŞ Qırğızıstan və Özbəkistanla iqtisadi əlaqələrin möhkəmlənməsinə, eləcə də regionda sabitliyin və rifahın təmin olunmasına yönəlmiş tərəfdaşlığın inkişafına sadiqliyini ifadə edib.

Xəbər lenti