IMG-LOGO

AFFA Hakimlər Komitəsinin sədri XVIII turda referilərin səhv qərarlar qəbul etdiklərini təsdiqləyib

03 Feb 2026 18:58 3 baxış
IMG

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVIII turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

"Report"un məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, ümumilikdə 4 matçda qeydə alınan 7 epizodla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis referi Rauf Cabarovun "Araz-Naxçıvan" - "Neftçi" görüşündə, Elçin Məsiyevin isə "Qarabağ" - "Turan Tovuz" matçında verdiyi bəzi qərarların yanlış olduğunu təsdiqləyib.

AFFA Hakimlər Komitəsinin sədri XVIII turda referilərin səhv qərarlar qəbul etdiklərini təsdiqləyib

Xəbər lenti