IMG-LOGO

Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

03 Feb 2026 16:18 3 baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, onu xarici işlər naziri Hakan Fidanla yanaşı, bir qrup nazirlərin də olduğu nümayəndə heyəti müşayiət edir.

Türkiyə liderinin keçirəcəyi görüşlərdə regional proseslər və iqtisadi əməkdaşlıq məsələləri ön planda olacaq. Görüşlərdə həmçinin Vaşinqton-Tehran xəttindəki gərginliyin müzakirəsi nəzərdə tutulub.

Ərdoğanın daha sonra Misirə səfəri planlaşdırılır.

Xəbər lenti