IMG-LOGO

İngiltərə klubları qışın ən bahalı beş futbolçu transferində iştirak ediblər

03 Feb 2026 15:07 3 baxış
IMG

Qış transfer dönəmində ən bahalı beş futbolçu keçidində İngiltərə klubları iştirak edib.

"Report" xəbər verir ki, siyahıya "Bornmut"u "Mançester Siti"yə dəyişən Antuan Semenyo başçılıq edir.

26 yaşlı qanalı oyunçunun keçidi "şəhərlilər"ə 72 milyon avroya başa gəlib.

İkinci sırada "Vulverhempton"dan "Kristal Pelas"a transfer olunan Yorqen Larsen qərarlaşıb. Norveçli hücumçuya görə bonuslarla birlikdə 49,7 milyon avro ödəniləcək.

"Vest Hem"dən Braziliyanın "Flamenqo" klubuna keçən Lukas Paketa (42 milyon avro) "üçlüy"ü qapayır.

İspaniyanın "Atletiko" komandasını "Tottenhem"ə dəyişən Konor Qallaher və "Tottenhem"dən "Kristal Pelas"a transfer olunan Brennan Conson (hər ikisi 40 milyon avro) "5-liy"i tamamlayır.

Xəbər lenti