IMG-LOGO

Bakıda UEFA-nın D kateqoriyalı məşqçi kursları keçiriləcək

03 Feb 2026 15:18 3 baxış
IMG

UEFA-nın "HatTrick" proqramı çərçivəsində AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursları keçiriləcək.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, kurslar fevralın 24-26-sı aralığında baş tutacaq.

Dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən "ASCO Arena"da baş tutacaq.

Xəbər lenti