IMG-LOGO

İngiltərə klubu "Qarabağ"la oyundan öncə kapitanı ilə yolları ayırıb

03 Feb 2026 15:45 4 baxış
IMG

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi İngiltərənin "Nyukasl" klubu müdafiəçisi və kapitanı Camal Lassellslə yolları ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Arxa xətt oyunçusunun "Lester"ə transfer olunduğu bildirilib. C.Lassels 2014-cü ildə "Nottinqem Forest"dən transfer olunmuşdu. Təcrübəli müdafiəçi "sağsağanlar"ın heyətində ümumilikdə 253 oyuna çıxıb.

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Xəbər lenti