Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi" heyətini "Neftçi"nin sabiq futbolçusu Əli Mürsəlovla gücləndirib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
24 yaşlı futbolçunun son iş yeri I Liqa klubu "Baku Sportinq" olub.
Qeyd edək ki, Ə.Mürsəlov karyerası ərzində "Neftçi" ilə yanaşı, "Turan Tovuz" və "Zirə"nin də formasını geyinib.