IMG-LOGO

Ermənistan-Aİ münasibətlərinin inkişafı müzakirə edilib

03 Feb 2026 12:45 4 baxış
IMG

Ermənistanın Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skooqun rəhbərlik etdiyi Avropa İttifaqının (Aİ) nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə Ermənistan KİV-i hökumətin aparatına istinadən məlumat yayıb.

"Ermənistan-Aİ əlaqələrinin inkişafı məsələləri, həmçinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib. Tərəflər ikitərəfli əlaqələrdə formalaşmış dinamikanı müsbət qiymətləndiriblər və ümumi dəyərlər və strateji maraqlar əsasında əməkdaşlığın inkişafına sadiqliklərini təsdiq ediblər", - məlumatda bildirilib.

Tərəflər, həmçinin 2026-cı il mayın 3-4-də İrəvanda keçirilməsi planlaşdırılan "Avropa Siyasi Birliyi"nin VIII sammitinə və Ermənistan-Aİ birinci sammitinə hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti