İtaliyanın "Roma" klubunun ispaniyalı müdafiəçisi Abubakar Sanqare La Liqa təmsilçisi "Elçe"yə icarəyə verilib.
"Report" xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
"Roma" rəhbərliyi Brayan Saraqosanın "Selta"dan (İspaniya) transfer edilməsindən sonra baş məşqçi Can Pyero Qasperininin planlarına daxil olmayan Sanqareni komandada saxlamağı məqsədəuyğun hesab etməyib.
İtaliya çempionatında meydana çıxmayan 30 yaşlı oyunçunun "Elçe"yə keçidinin maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, A.Sanqare "Roma"ya transfer olunmamışdan əvvəl İspaniyada "Levante"nin formasını geyinib.