IMG-LOGO

UN-Habitat rəsmisi: Dünyada gənclərin 70 %-dən çoxu yaşadıqları şəhərlərdə mənzilə sahib ola bilmirlər

03 Feb 2026 11:28 5 baxış
IMG

Dünyada gənclərin 70 %-dən çoxu yaşadıqları şəhərlərdə mənzilə sahib ola bilmirlər.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ölkə üzrə rəhbəri Anna Soave Azərbaycan Gənclərinin XI Forumunda deyib.

Onun sözlərinə görə, yaşayış xərclərinin artması, gənclər arasında natamam məșğulluq və işsizlik, xüsusilə qiymətlərin maaşlardan daha sürətlə artdığı paytaxt şəhərlərində, müstəqil həyata gec keçidin, ailə qurmanın təxirə salınmasının və miqrasiyanın əsas səbəblərindən birinə çevrilib:

"Gənclər valideyn evini əvvəlkindən daha gec çox vaxt 30 yaşlarını keçdikdən sonra tərk edirlər. Bu, seçim deyil, əlçatanlığın olmamasının nəticəsidir".

A.Soave Azərbaycanda keçirilməsi planlaşdırılan WUF13-də gənclərin roluna da toxunub:

"Ümumdünya Şəhərsalma Forumunda gənclərin iştirakı simvolik xarakter daşımır. Bu məsələ birbaşa gənclərə toxunur. Mənzil əlçatanlığı, mobillik, ətraf mühitin çirklənməsi, iqlim riskləri, artan temperatur və keyfiyyətli, əlçatan ictimai məkanların mövcudluğu gənclərin həm qlobal miqyasda, həm də Azərbaycanda qarşılaşdığı əsas çağırışlardandır".

Xəbər lenti