IMG-LOGO

İranda bazar yanır

03 Feb 2026 11:53 5 baxış
IMG

İranın paytaxtında Cənnətabad bazarı yanır.

"Report" xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım heyəti cəlb olunub.

Qeyd edək ki, yanvarın 31-də İranın cənubunda və Tehranda yaşayış binasında yanğın baş vermişdi.

Xatırladaq ki, ötən il dekabrın 28-də etiraz aksiyaları da Tehrandakı böyük bazardan başlamışdı.

Xəbər lenti