IMG-LOGO

İlqar İsbatov: Gənclərin WUF13-də aktiv iştirak etməsi gözlənilir

03 Feb 2026 10:38 5 baxış
IMG

Gənclərin Ümumdünya Şəhərsalma Forumunda (WUF13) aktiv iştirak etməsi gözlənilir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov Azərbaycan Gənclərinin XI Forumunda deyib.

Onun sözlərinə görə, gənclərin belə işlərə qatılması üçün onları daim ruhlandırmaq, müxtəlif sərgilər, müsabiqələr keçirilməlidir:

"Gənclərimiz əzmlə fəaliyyət göstərməyi öyrənməlidirlər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də hər zaman bu mövzuda üzərinə düşəni etməyə hazırdır".

Xəbər lenti