IMG-LOGO

İngiltərə təmsilçisi klub tarixinin ən bahalı transferini gerçəkləşdirib

03 Feb 2026 09:45 2 baxış
IMG

İngiltərənin "Kristal Pelas" klubu tarixinin ən bahalı futbolçu transferini gerçəkləşdirib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Vulverhempton"dan Yorqen Larsen heyətə cəlb olunub. 25 yaşlı norveçli hücumçu ilə 4.5 illik müqavilə imzalanıb.

"The Athletic" nəşri oyunçunun transferinin 43+5 milyon funt sterlinqə başa gəldiyini yazıb.

Xəbər lenti