IMG-LOGO

Uruqvaylı futbolçu İspaniya klubuna keçib

03 Feb 2026 10:04 3 baxış
IMG

İtaliyanın "Latsio" klubunun 34 yaşlı uruqvaylı yarımmüdafiəçisi Matias Vesino karyerasını "Selta"da (İspaniya) davam etdirəcək.

"Report" İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli oyunçunun müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

M.Vesino cari mövsümdə iştirak etdiyi 14 matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda "Selta" 33 xalla La Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, futbolçu daha əvvəl formasını geyindiyi "İnter"in heyətində İtaliya çempionu, kuboku və Superkubokunun qalibi olub.

Xəbər lenti