IMG-LOGO

Göyçayda avtomobil elektrik dirəklərini aşırıb, 3 kənd işıqsız qalıb

03 Feb 2026 00:22 3 baxış
IMG

Göyçayda avtomobil elektrik dirəklərini aşırıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı yüksək gərginlikli elektrik dirəklərinə çırpılıb.

Qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksək gərginlikli elektrik dirəyi sıradan çıxıb, Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Əraziyə aidiyyəti qurumun və Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub. Hazırda aşmış dirəklər yeniləri ilə əvəz olunur.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti