IMG-LOGO

Umerovun mətbuat katibi Ukrayna ilə Rusiya arasında ayrıca danışıqların keçirildiyini təsdiqləyib

18 Feb 2026 22:24 3 baxış
IMG

Rusiya və Ukrayna nümayəndə heyətlərinin təmsilçiləri Cenevrədə ABŞ-nin iştirakı ilə keçirilən əsas danışıqlardan sonra ayrıca görüş keçiriblər.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun nümayəndəsi Diana Davityan təsdiqləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında sülh yolu ilə nizamlanma üzrə iki günlük danışıqların nəticələrinə əsasən, siyasi istiqamətdə müəyyən işlər var, lakin hələlik tərəflərin mövqeləri fərqlidir və hərbi istiqamətdə olduğu kimi irəliləyiş yoxdur.

Xəbər lenti