IMG-LOGO

Rusiya XİN: Moskva ümid edir ki, İrəvan anti-Rusiya bloklarının standartlarına uyğunlaşmayacaq

03 Feb 2026 00:57 3 baxış
IMG

Rusiya ümid edir ki, Ermənistanın xarici siyasətinin diversifikasiyası anti-Rusiya bloklarının standartlarına yönəlməyi nəzərdə tutmur.

"Report" xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında yer alıb.

"Ermənistan rəhbərliyinin xarici əlaqələrin diversifikasiyası xətti ənənəvi müttəfiqlər ilə əməkdaşlığın dayandırılmasını, ölkəmizə (Rusiya - red.) strateji məğlubiyyət yaşatmaq istəyən birlik və blokların standartlarına yönəlməyi nəzərdə tutmur", - Rusiya XİN başçısı Sergey Lavrov qeyd edib.

O, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasını nəzərdə tutub.

Lavrovun sözlərinə görə, Moskva və İrəvan arasında münasibətlər onların müttəfiq statusunu təsbit edən möhkəm hüquqi bazaya əsaslanır.

"Biz Avrasiya məkanında ümumi inteqrasiya birliklərinin çərçivəsində səmərəli əməkdaşlıq edirik. Avrasiya İqtisadi İttifaqına üzvlük respublikaya real, hiss olunan dividendlər gətirir", - nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Ermənistan bütün hüquq və vəzifələri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır. Moskvada İrəvanın təşkilatın işində tam iştirakın tərəfdarıdır, çünki KTMT ölkənin təhlükəsizliyinin ayrılmaz elementidir.

Lavrov Rusiyanı Ermənistanın əsas və etibarlı ticarət-investisiya tərəfdaşı, ərzaq və enerji təhlükəsizliyinin qarantı adlandırıb: "Ölkəmiz onun xarici ticarətində təxminən 35 % təşkil edir. Rusiya biznesi ölkənin sosial-iqtisadi rifahının vacib elementlərindən biridir".

Xəbər lenti