Özbəkistanın xarici işlər nazirinin müavini Bobur Usmanov və Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev Daşkənddə keçirilən görüşdə 2026-cı il üçün əsas tədbirlərin gündəliyini müzakirə ediblər.
"Report" Özbəkistan XİN-ə istinadən xəbər verir ki, tərəflər 2025-ci il üzrə birgə işə yekun vurub, cari ildə ikitərəfli və çoxtərəfli əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıblar.
Görüşün yekunları üzrə iki ölkənin Xarici İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin davam etdirilməsi, həmçinin Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsinə yönəlmiş yeni təkliflərin hazırlanması ilə bağlı razılıq əldə edilib.