IMG-LOGO

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

02 Feb 2026 16:26 2 baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.

"Report"un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb.

Xəbər lenti