İngiltərənin "Çelsi" klubunun futbolçusu David Datro Fofana karyerasını Fransada davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 23 yaşlı vinger "Strasburq"a icarəyə veriləcək.
Artıq tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, David Datro Fofananın "Çelsi" ilə 2029-cu ilin yayınadək müqaviləsi var.