IMG-LOGO

Pakistanda terror hücumu: ölənlər var

27 Jun 2026 22:30 3 baxış
IMG
1 0

Pakistanın Kəraçi şəhərində təhlükəsizlik qüvvələrinin qərargahına terror hücumu nəticəsində azı 6 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu barədə "Dawn" nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, həlak olanlardan üçü təhlükəsizlik qüvvələrinin əməkdaşı, digər üçü isə zərərsizləşdirilən terrorçulardır.

Hazırda hadisə yerində xüsusi təyinatlı qüvvələr tərəfindən terrorçuların tam zərərsizləşdirilməsi məqsədilə əməliyyat davam etdirilir.

pakistan terror

Mənbə: lent.az

Xəbər lenti