İran yaxın günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi ilə əlaqədar Avropa İttifaqına (Aİ) qarşı cavab tədbirləri görəcək.
"Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.
Onun sözlərinə görə, İran XİN Aİ-nin atdığı addımlar ilə əlaqədar Tehranda akkreditə olunmuş Birlik ölkələrinin bütün səfirlərini çağırıb.
"Ötən gün və bu gün Avropa İttifaqının Tehranda səfirliyi olan üzv dövlətləri Xarici İşlər Nazirliyinə çağırılıb və onlara yazılı şəkildə İranın etirazı təqdim edilib, lakin bu minimum tədbirdir. Gündəlikdə bir sıra tədbirlər var, müxtəlif variantlar formalaşdırılıb və qərar qəbul edən müvafiq orqanlara göndərilib", - İ.Bəqai qeyd edib.