IMG-LOGO

Əraqçi Türkiyə, Misir, Səudiyyə Ərəbistanından olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə edib

02 Feb 2026 12:40 5 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları - Hakan Fidan, Badre Abdel Atı və Feysal ibn Farxan əl Səud ilə telefonla danışıb.

"Report" xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.

Bildirilib ki, iranlı diplomat həmkarları ilə regional və qlobal məsələləri müzakirə edib.

Məlumata görə, son həftələrdə Əraqçi bölgədəki həmkarları ilə dəfələrlə əlaqə saxlayaraq, xüsusilə də ABŞ-nin İrana qarşı təhdidləri də daxil olmaqla regiondakı hadisələrin inkişafını müzakirə edib.

O, yanvarın 30-da Türkiyəyə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğan və həmkarı Hakan Fidanla görüşüb.

Fevralın 1-də "Axios" bildirib ki, Türkiyə, Misir və Qətər bu həftə Ankarada ABŞ Prezidentinin Orta Şərq məsələləri üzrə nümayəndəsi Stiv Uitkoff ilə İran rəsmiləri arasında görüş təşkil etməyə çalışırlar.

Xəbər lenti