IMG-LOGO

"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib

02 Feb 2026 12:47 5 baxış
IMG

Azərbaycanın I Liqa təmsilçisi "Şimal" "Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevi transfer edib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

26 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, E.Əliyev karyerası ərzində yetirməsi olduğu "Araz-Naxçıvan"la yanaşı, "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"də də oynayıb.

Xəbər lenti