IMG-LOGO

Ötən ay 1738 hektar ərazi minalardan təmizlənib

02 Feb 2026 12:58 6 baxış
IMG

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 37 tank əleyhinə mina, 337 piyada əleyhinə mina, 1356 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1738.3 hektar ərazi minalardan təmizlənib.

Xəbər lenti