Abşeronda evdən iki meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisələrdən biri Xırdalan şəhərində qeydə alınıb.
Şəhər sakini, 1968-ci il təvəllüdlü Nurəli Məhiyəddin oğlu Eyvazovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.
Digər hadisə isə Abşeron rayonu Hökməli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Azad Adil oğlu Əliyev yaşadığı evdə ölü tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Hadisələr