Azərbaycanın I Liqa təmsilçisi "Difai" "Qarabağ"ın yetirməsi Nihad Əliyevi transfer edib.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Müdafiəçi artıq kollektivə qoşulub.
Qeyd edək ki, N.Əliyev "Qarabağ"ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında çıxış edib. O, Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.