IMG-LOGO

Abşeronda qadın dəm qazından zəhərlənərək ölüb

02 Feb 2026 09:33 2 baxış
IMG

Abşeronda qadın dəm qazından zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində baş verib.

Belə ki, həmin ərazidəki evdə yaşayan E.Seyidova hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti