IMG-LOGO

Bakı-Quba magistralında ağır qəza olub, bacı-qardaş ölüb

02 Feb 2026 00:40 2 baxış
IMG

Bakı–Quba avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu məlumat verir ki, magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu və bacısı - 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti