IMG-LOGO

Kloppun gedişindən sonra “Liverpul”un üç aparıcı futbolçusu klubu tərk edə bilər

28.01.2024 08:31 108 baxış
IMG

“Liverpul”un almaniyalı baş məşqçisi Yürgen Kloppun mövsümün yekununda klubu tərk edəcəyini açıqlayandan sonra “qırmızılar”ın üç aparıcı futbolçusu da Mersisaydla vidalaşa bilər.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “talkSPORT” yazıb.

Nəşr vurğulayıb ki, söhbət müdafiəçilər, həmçinin müvafiq olaraq kapitan və vitse-kapitan olan Vircil van Deyk və Trent Aleksander-Arnold, habelə misirli hücumçu Məhəmməd Salahdan gedir. Mənbə bildirib ki, hər üçü müqaviləni yeniləməkdən vaz keçə və Kloppun gedişindən sonra komandanı tərk edə bilərlər.

Qeyd olunub ki, komandanın bombardiri olan Salahın üz tutacağı ölkənin Səudiyyə Ərəbistanı olacağı güman edilir. Trent, öz növbəsində, “Liverpul”da başqa çalışdırıcının başçılığı altında oynaya biləcəyindən şübhələnir, çünki onu dünyada öz mövqeyində ən yaxşı oyunçulardan birinə çevirməyi bacaran məhz Klopp olub.

Xatırladaq ki, yanvarın 26-da “Liverpul”un baş məşqçisi Yürgen Klopp mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. “Enerjisinin tükəndiyini” bildirən 56 yaşlı mütəxəssis dincəlmək istədiyini söyləyərək bir müddət özünə vaxt ayıracağını deyib. 2015-ci ildən “qırmızılar”a başçılıq edən Klopp həmçinin gələcəkdə İngiltərədə “Liverpul”dan başqa heç bir komandaya rəhbərlik etməyəcəyinə söz verib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti