“Milan” statistika aparılma tarixində ilk dəfə A Seriyasının bir matçında iki penalti qaçırıb.
“Report” xəbər verir ki, bu qənaətə “Opta” analitik nəşri gəlib.
Verilənlərin toplanması tarixində ilk dəfədir ki, “Milan” İtaliya çempionatının bir matçında iki penaltidən qaçırıb.
İtaliya A Seriyasının 22-ci turunun “Milan” və “Bolonya”nın qarşılaşdığı matçda meydan sahibləri iki dəfə penalti nöqtəsindən dəqiq zərbə endirə bilməyiblər. Əvvəlcə Olivye Jiru 42-ci dəqiqədə topu tora göndərə bilməyib, Teo Ernandes isə 75-ci dəqiqədə uğursuz cəhd edib.
Bununla belə, analoji şans “Bolonya”ya düşdükdə komanda bundan maksimum yararlanıb: Rikardo Orsolini bunu qola çevirib.
Matç ümumilikdə bərabərə bitib – 2:2
Qeyd edək ki, bu oyundan sonra “Milan” 46 xal toplayıb. Stefano Piolinin komandası A Seriyasının turnir cədvəlində 3-cü pillədədir. “Bolonya” 33 xalla 7-ci yerdədir.
Bizim Telegram kanalımıza abunə olun