“Real Madrid” futbol üzrə İspaniya çempionatının 22-ci turunun matçında “Las-Palmas”ı məğlub edib.
“Report” xəbər verir ki, Las-Palmas-de-Qran Kanariyada keçirilmiş görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Meydan sahiblərinin heyətində 53-cü dəqiqədə Xavyer Munyos fərqlənib. 12 dəqiqə sonra Vinisius Junior hesabı bərabərləşdirib, Orelyen Tçuameni isə 84-cü dəqiqədə paytaxt klubunu hesabda önə keçirib.
“Real Madrid” (54 xal) La Liqanın turnir cədvəlində birinci yerdədir. Madridlilər çempionatdakı məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb. “Las-Palmas” (31) səkkizinci yerdədir.
Növbəti turda “kral klubu” fevralın 1-də “Xetafe” ilə səfərdə, “Las-Palmas” isə fevralın 3-də səfərdə “Qranada” ilə qarşılaşacaq.
Bizim WhatsApp kanalımıza abunə olun