IMG-LOGO

"Real" və "Barselona" "Bavariya"nın müdafiəçisi ilə danışıqlar aparır

01 Feb 2026 12:01 3 baxış
IMG

İspaniyanın "Barselona" və "Real" klubları Almaniya təmsilçisi "Bavariya"nın futbolçusu Dayo Upamekano ilə aktiv danışıqlar aparırlar.

"Report" xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

27 yaşlı müdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatır.

Bundan əlavə, İngiltərənin "Liverpul", "Çelsi" və "Tottenhem" klubları da oyunçu ilə maraqlanırlar.

Xatırladaq ki, Dayo Upamekano 2021-ci ildən "Bavariya"da çıxış edir.

Xəbər lenti